Avropa Liqasının yeni rekordçusu
12.05.2023 , 10:02

“Roma”nın qapıçısı Rui Patrisio Avropa Liqasında ən çox oyun keçirən futbolçu kimi tarixə düşüb.
Korner.az-ın xəbərinə görə, o, turnirin yarımfinalında “Bayer Leverkuzen”lə qarşılaşmada əsas heyətdə meydana çıxıb.
Beləliklə, portuqaliyalı qolkiper Avropa Liqasında 67-ci matçını keçirib ki, bu da yeni turnir rekordudur (2009/10 mövsümündən bəri). İkinci yerdə 66 oyun keçirən “Srvena Zvezda”nın müdafiəçisi Aleksandr Draqoviç qərarlaşıb.
Rui Patrisio bu mövsüm “Roma”nın heyətində bütün turnirlərdə 48 oyuna çıxıb, 43 qol buraxıb.
Dünən keçirilmiş “Roma”-“Bayer Leverkuzen” görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab matçı mayın 18-də Leverkuzendə “BayArena”da keçiriləcək.
