“Real” kimi transfer edəcəyinə qərar verə bilmir
09.06.2023 , 20:40
“Real”ın prezidenti Florentino Peres ilə komandanın baş məşqçisi Karlo Ançelotti görüşüb.
Korner.az xəbər verir ki, görüş zamanı transferlərlə bağlı müzakirələr aparılıb.
Ançelotti “Tottenhem”dən Harri Keynin transfer edilməsini istəyir. O, ingilis forvardın düzgün seçim olduğuna inanır.
Peresin seçimi isə Kilian Mbappe olduğu bildirilir.