“Real Madrid”in 2014-cü ildəki qazancı açıqlanıb.
Korner.az-ın məlumkatına görə, klub bu il 65 milyon avro gəlir əldə edib.
2014-cü ildə Çempionlar Liqası, UEFA superkuboku, İspaniya kuboku və klublararası dünya çempionluğunu qazanan “Real” büdcəsini xeyli zənginləşdirib.
Qeyd edək ki, Mərakeşdə keçirilən dünya çempionatının qalibi olan “Real”ın hər bir futbolçusuna 150 min avro mükafat verilib.
