Bu mövsüm həm La Liqada, həm də Çempionlar Liqasında uğursuzluqa düçar olan Madrid “Real”ı “Santos”un ulduz futbolçusu Neymarı transfer etməkdə qətiyyət göstərir.
Korner.az-ın məlumatına görə, İspaniyanın “El Muno Deportivo” qəzeti iddia edir ki, “kral” klubunun prezidenti Florentino Perez Neymarın transferi üçün 120 milyon avrosundan keçməyə hazırdı.
Bu transfer qiymətinin 80 milyonu “Santos”a gedəcək. Əgər Neymar “Real”a keçərsə o zaman 40 milyon avro təzminat olaraq “Barselona”ya veriləcək. Çünki Kataloniya təmsilçisi Neymarın “Santos”dan ayrılaxcağı hal da yalnız “Barsa”ya keçməsi mümkündü. Əks hal da onu transfer etmək istəyən klub təzminat ödəməli olacaq.