Qvardiola seçim etdi – Çempionlar Liqası yoxsa Premyer Liqa?
16.04.2019 , 17:45

“Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola Çempionlar Liqası ilə Premyer Liqa arasında müqayisə aparıb.
İspaniyalı çalışdırıcıya ünvanlanan Çempionlar Liqası yoxsa Premyer Liqa sualına Qvardiola belə cavab verib:
“Liverpul” ilə birlikdə İngiltərə Premyer Liqasını qazanmaq uğrunda mübarizə aparırıq. Məncə, hər ikimiz bu kuboku qazanmağa layiqiq. Əgər Çempionlar Liqası ilə Premyer Liqa arasında seçim etməli olsam, mən Çempionlar Liqasını üstün tuturam”.
Qeyd edək ki, hər iki klub hər iki titul uğrunda mübarizəni davam etdirir.
