Qrizman: “Onunla bacara bilmirdim”
26.02.2019 , 19:57

“Atletiko Madrid” klubunun fransalı futbolçusu qarşılaşdığı ən çətin müdafiəçi ilə bağlı danışıb.
27 yaşlı futbolçu özünə rəqib olaraq ən yaxşı müdafiəçinin Pepe olduğunu vurğulayıb.
“Pepe ilə mübarizə aparmaq çox çətin idi. 90 dəqiqə ərzində dayanmadan səni izləyir. Hətda nəfəsini ənsəndə hiss edirsən.”
Qeyd edək ki, Pepe hazırda Portuqaliyanın “Portu” klubunda çıxış edir.
