“Qarabağ”ın rəqibində 2 futbolçu koronavirusa yoluxdu
14.11.2020 , 16:15
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor”un 2 futbolçusu koronavirusa yoluxub.
Korner.az xəbər verie ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Hər iki futbolçunun karatinə alındığı bildirilib.
Qeyd edək ki, “Qarabağ”la “Sivasspor” arasında keçirilmiş ilk oyun Türkiyə təmsilçisinin 2:0 hesabı qələbəsi ilə başa çatıb. Komandalar arasında keçiriləcək növbəti görüş isə noyabrın 26-da baş tutacaq.