big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Qarabağ”ı gözləyən təhlükə: DİEQO KOSTA!

25.08.2017 , 10:20

Azərbaycan futbol tarixində ilkə imza atan – Çempionlar Liqası qrup mərhələsinə vəsiqə qazanan Ağdamın “Qarabağ” klubunun bu turnirin qrup mərhələsindəki rəqiblərinin adına aydınlıq gəlib. Qurban Qurbanovun yetirmələri son İngiltərə çempionu “Çelsi”, İspaniyada “Real” və “Barselona” rəqabətinə qoşulan “Atletiko” və İtaliyanın paytaxt komandası “Roma” ilə qarşılaşacaq. Hər üç komanda qrupdan çıxmaq uğrunda güclü mübarizəyə qoşulacaq. Bu amil “Qarabağ”ın qrup oyunlarında çox böyük sınaq qarşısında olduğunu sübut edir.

Komandanın, xüsusi ilə də, müdafiə xəttinin üzərinə böyük yük düşür. Bədavi Hüseynov, Yakub Jezniçak, Rəşad Sadıqov, Elvin Yunuszadə və cinah oyunçuları Ansi Aqolli və Maksim Medvedev dünya ulduzlarına qarşı mübarizə aparacaq. Bu elə də asan olmayacaq. Çünki hər üç klubun hücumçusu ötən mövsüm uğurlu oyunlar keçirib.

Ağdamlıların müdafiə xəttini gözləyən bir neçə təhlükə var. Onlardan birincisi siə Londonun "Çelsi" komandasıdı. "Zadəganlar"ın əsas heyət üzvlərinin ötən mövsüm İngiltərə Premyer Liqasında göstəriyi oyun statistikasına baxaq. Başlayaq, hücumçu Dieqo Kostadan. Futbolçunun komandadan ayrılması gözlənilsə də, ən azı yanvara qədər Londonda qalacaq Kostanın "Qarabağ"a qarşı oynamayacağına Antonio Konte zəmanət verməyibsə, onun haqda danışmağa dəyər:

1. Dieqo Kosta (Çelsi) – İngiltərə Premyer Liqası 2016/17

Braziliyalı ispan hücumçu ötən movsüm İngiltərə Premyer Liqasında (İPL) 35 oyuna çıxıb və 3083 dəqiqə meydanda olub. Bu müddət ərzində forvard rəqib qapısından 20 qol keçirib və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun bir neçə seqmentdə oyun statistikasına baxaq:

Ötürmələr:

Hücumçudan tələb olunan əsas vəzifə qol vurmaq olsa da, bəzi oyunçular ötürmə verməyə də üstünlük verir. Dieqo Kosta mövsüm ərzində 1030 ötürmə edib və bunun yalnız 773-ü dəqiq olub. Bundan başqa Kosta 35 açar ötürməsi edib ki, bu ötürmədən sonra rəqib qapısı qarşısında ciddi təhlükə yaranıb. “Qarabağ” müdafiəçiləri bu futbolçunun təkcə zərbəsinə yox, ötürməsinə də diqqət yetirməlidi.

Zərbələr:

Dieqo Kosta zərbə vurmağı sevir. Ötən mövsüm o, qapıya 111 zərbə endirib. Bu zərbələrin yalnız 53 faizi dəqiq olub. Bu isə o deməkdir ki, Kosta orta hesabla bir oyunda 10 zərbə vursa, 5-i qapıya gedəcək. İspaniyalı forvard uzaqdan zərbələr endirməyi sevmir. Ötən mövsüm Kosta cərimə meydançası xaricindən cəmi 20 dəfə topu qapıya göndərməyə çalışıb. Bunlardan ikisi qol ilə nəticələnib. “Qarabağ” müdafiəçilərini Kostanın uzaq zərbə vurmayacağı barədə arxayn etmək olar, vursa belə böyük ehtimalla top azarkeşlərə gedəcək. Cərimə meydaçası daxilindənsən Kosta 18 qol vurub. Əgər o, “içəri” daxil oldusa, komandanı ciddi təhlükə gözləyir.

Hava mübarizəsi:

“Qarabağ” müdafiəsinin ən böyük problemlərindən biri də hava mübarizəsidi. Komanda “Kopenhagen”lə pley-off matçlarında iki qol buraxıb və hər ikisini də hava toplarından. Dieqo Kosta isə hava mübarizələrindən qalib ayrılır lakin qol vurmur. Ötən mövsüm o bunu cəmi iki dəfə bacarıb.

İkili mübarizə:

Bəli, Kosta ikili mübarizələrdə rəqib futbolçuya qırmızı vərəqə aldırmağı bacaran futbolçudu. Hər cür provokasiyaya əl atan Kosta “Arsenal”la oyunlarda rəqibin bir neçə oyunçusuna qırmızı vərəqə aldırıb. Bu baxımdan “Qarabağ” futbolçuları diqqətli olmalıdı. Futbolçunun bu qədər aqressiv və kobud olması normaldı, çünki fərdi mübarizədən cəmi 9 dəfə qalib ayrılan Kosta, 47 dəfə rəqib oyunçuya uduzub. Bu da onun ikili mübarizədə heç də güclü olmadığını izah edir.

Təbii ki, Kosta ötən mövsüm bu statistikanı dünyanın ən güclü liqalarının birində, İngiltərə Premyer Liqasında qazanıb. Ancaq “Qarabağ”ın da İngiltərənin ortabab komandalarından heç də geri qalmadığını deyə bilərik.

Ardı var…

Məmmədov İlkin

 

 

Son yazılar

To Top