"Qarabağ" "İnter"lə oyunun hazırlıqlarına başlayır. Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bazar günü "Neftçi"ylə qarşılaşan komanda ertəsi yüngül məşqlə kifayətlənmişdi. Dünən komandanın baş məşqçisi Qurban Qurbanov futbolçulara 1 günlük izin vermişdi.
Bugündən isə Ağdam klubu cari mövsüm keçirəcəyi sonuncu ev oyunun hazırlığına start verir. "Qarabağ"da Əfran İsmayılov mövsümü qapamışdısa, "ağ-qara"larla oyunda qırmızı vərəqə alan Maksim Medvedev 1 oyunluq cəzasını "bankir"lərlə oyunda "yuyacaq". Əvəzində Namiq Yusifov 1 oyunluq cəzasını başa vuraraq sıraya dönüb.
"Qarabağ" günü tək məşqini 16:00-da Suraxanı qəsəbə stadionunda keçəcək.