Topaz Premyer Liqanın sonuncu turunda “Simurq”la qarşılaşacaq “Qarabağ” oyuna istəyi heyətlə çıxa bilməyəcək.
Korner.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Bakı” ilə oyunda zədələnərək sıradan çıxıb. Sağ diz bağlarında birinci dərəcəli yüklənmə olan 31 yaşlı müdafiəçi oyunun gedişində Bədavi Hüseynovla əvəzlənmişdi. Rəşadın sağalma prosesinin 2-3 həftə davam edəcəyi gözlənilir.
Komandanın yarımmüdafiəçisi Riçard Almeyda da mövsümü bitirib. Sonuncu görüşdə sol çiynindən zədələnən Ağdam təmsilçisinin braziliyalı bomdardirinin dönüşü üçün 5-10 gün lazım olacaq.
Qeyd edək ki, “Qarabağ” – “Simurq” matçı mayın 19-u baş tutacaq.