“Qalatasaray”da “qələmi qırılan” Qoran Pandev mövsümün sonunda yenidən İtaliyaya köçəcək.
Korner.az-ın məlumatına görə, makedoniyalı hücumçu “Cenoa” ilə müqavilə imzalayacaq.
İtaliya mətbuatının iddiasına görə, artıq tərəflər anlaşıblar. “Qalatasaray”da bu mövsüm 2.4 milyon avro qazanan Pandev italyan klubunda 1.3 milyon avro alacaq.