“Qalatasaray” daha bir futbolçu ilə yolları ayırıb.
Korner.az-ın məlumatına görə, “Sarı-qırmızılar” türkiyəli futbolçusu Yekta Kurtuluşu kiralıq olaraq “Trabzonspor”a göndərib. Belə ki, “Bordo mavilər” 6 ay müddətinə 28 yaşlı futbolçunu öz heyətinə cəlb ediblər.
Qeyd edək ki, klublar arasındakı qarşılıqlı razılaşmaya əsasən Qara Dəniz təmsilçisi Yektanın çıxışından razı qalacağı təqdirdə “Sarı-qırmızlılar” futbolçunun transfer edilməsindən heç bir maneçilik törətməyəcək.
