2012 London Olimpiadasında çıxış edəcək futbol üzrə Uruqvay millisinin "Qalatasaray"lı qapıçısı Musleranı yığmaya çağırılması federasiya ilə klub rəhbərliyi arasında problem yaradıb.
Korner.az-ın məlumatına görə, "cim-bom" qapıçının yığmanın heyətinə daxil edilməsindən çox narahatdır. Muslera baş məşqçisi Oskar Tabarezlə görüşərək ondan düşərgəyə getməmək üçün icazə istəyib.
Qeyd edək ki, Fernando Muslera ümumilikdə 26 dəfə milli komandanın fomasını geyinib.
