AVRO-2012-nin yarımfinal qarşılaşmasında İspaniyanın penaltilər seriyasında Portuqaliyanı məğlub etdiyi oyunu Donetsk şəhərində televizya qarşısında 18 milyondan artıq azarkeş izləyib.
Korner.az-ın məlumatına görə, görüşün əsas 90 dəqiqəsini 14 milyon, əlavə dəqiqələri 16, 12 dəqiqə çəkən penaltilər seriyasını isə 18 milyon ispan azarkeşi televizyadan izləyərək yeni rekorda imza atıb.
Qeyd edək ki, İspaniya iyul ayının 1-də keçiriləcək finalda Almaniya-İtaliya cütünün qalibi ilə qarşılaşacaq.
