"Qalatasaray" braziliyalı futbolçusu Xuan Kulionu "Mersin İdman Yurdu" klubuna icarə əsasında verdi.
Korner.az-ın məlumatına görə, Kulio bundan əvvəl "Orduspor"da icarə əsasında oynamışdı.
Qeyd edək ki, "Cim-bom" rəhbərliyi futbolçunu transfer etmək istəyən klubun 1.5 milyon avrosundan keçməli olduğunu da bildirib.
