Son zamanlar "Beşiktaş"dan ayrılması gündəmdə olan portuqaliyalı futbolçu Simaonun yeni iş yeri məlum olub.
Korner.az-ın məlumatına görə, yarımmüdafiəçi bundan sonra "Espanyol"un uğuru üçün çalışacaq. Futbolçu "qara-qartallar"dan alacağına qarşılıq İspaniya təmsilçisinə transfer olub.
Qeyd edək ki, Simao arxada qalan mövsüm ərzində 46 matça çıxıb və 8 dəfə rəqib qapılarına yol tapıb.
