Martın 8-i-Beynəlxalq Qadınlar Günündə Türkiyədə qadın futbolçular arasında keçirilən birinci liqa matçında dava düşüb.
Korner.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı yazıb. Hadisə “Qazikentspor” – “Adana İdmanyurdu” oyununda baş verib.
“Pley-off” mərhələsinə yüksəlmək şansları qazanan “Qazikentspor”un futbolçusuna 80-ci dəqiqədə hakim qırmızı vərəqə göstərib. Bundan sonra əvvəlcə oyunçular arasında mübahisə düşüb. Daha sonra azarkeşlərin meydançaya enməsi ilə mübahisə davaya çevrilib.
