big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Qəbələ”nin yeni baş məşqçisinin adı bəlli oldu

06.05.2013 , 19:06

“Qəbələ” klubunun yeni baş məşqçisi məlum olub.

Əyalət təmsilçisini yeni mövsümdən tanınmış rusiyalı mütəxəssis Yuri Syomin çalışdıracaq. Yaxın günlərdə ölkəmizə gələcək çalışdırıcı ilə rəsmi müqavilə bağlanacaq.

66 yaşlı mütəxəssis Ramiz Məmmədovun istefasından sonra boş qalan və müvəqqəti əvəzedicilərin çalışdırıcısı Luis Araqonun tutduğu baş məşqçi postuna gətirilir. Klubun tarixinə ilk rusiyalı çalışdırıcı kimi düşəcək Syomin zəngin karyerası ilə postsovet məkanında məşhur simadır.

Daha çox məşqçi karyerası ilə tanınan rusiyalı karyerasına futbolçu kimi başlayıb. 1947-ci ildə anadan olan Syomin 1964-80-ci illərdə müxtəlif klubların şərəfini qoruyub. “Spartak” (1964-65), Almatının “Kayrat” (1972-73), Novosibirskin “Çkalovets” (1974) və Krasnodarın “Kuban” (1978-80) klublarında hücumçu, sonradan yarımmüdafiəçi kimi çıxış edən futbolçunun karyerasının əsas hissəsi Moskva təmsilçiləri ilə bağlıdır.

1965-67-ci illərdə “Spartak”, 1968-71-ci illərdə “Dinamo”, 1975-77-ci illərdə “Lokomotiv”də oynayan Syominin ən böyük uğurları da paytaxtda qeydə alınıb. O, 1970-ci ildə “Dinamo” ilə SSRİ kubokunu qazanıb və çempionatın gümüş mükafatçısı olub. Syomin “Spartak”ın tarixinə düşməyi də bacarıb. O, klub tarixinə avrokuboklarda vurulan ilk 2 qolun müəllifi kimi düşüb.

Artıq veteran kimi “Lokomotiv”ə yollanan Syomin futbolçu kimi bu klubda heç nə ilə yadda qalmadı. Lakin o, “dəmiryolçular”la hələ çox tarixlər yazacaqdı.

1982-ci ildə baş məşqçilik karyerasına start verən Yuri Pavloviç əvvəl “Kuban”da, 1983-85-ci illərdə “Pamir”də çalışdı. Sonuncu klubundakı fəaliyyəti dövründə ona Tacikistanın əməkdar məşqçisi adı verildi.

1986-cı ilin yanvarında “Lokomotiv”ə bu dəfə baş məşqçi kimi qayıdan Syomin 2005-ci ilin aprelinə qədər – təxminən 18 il bu kluba rəhbərlik etdi. Düzdür, 1991-ci ildə SSRİ dağılanda rusiyalı uzaq Okeaniyaya üz tutub, Yeni Zelandiyanın olimpiya yığmasının “sükanı arxasına” keçdi. Lakin 1 ildən sonra mütəxəssis yenidən “dəmiryolçu” olmağı lazım bildi.

Təxminən 18 illik “Lokomotiv” karyerasında Syominin saysız-hesabsız uğurları var. 2002 və 2004-cü illərdə Rusiya çempionu, 1996, 1997, 2000 və 2001-ci illərdə ölkə kuboku, 2003 və 2005-ci illərdə Superkuboku, 2005-ci ildə “Birlik kuboku”nu qazanan “Lokomotiv” onunla 9 titul qazandı.

Bundan başqa, 1995, 1999, 2000, 2001-ci illərdə gümüş, 1994, 1998-ci illərdə bürünc mükafatların qazanılması, 1998-ci ildə Rusiya, 1990-cı ildə SSRİ Kubokunun finalına çıxan komandanı uğurlara Syomin daşımışdı. Bütün bu uğurlar diqqətdən kənar qala bilməzdi. 1989-cu ildə Rusiyanın əməkdar məşqçisi olan Syomin indiyədək 2 dəfə “Fəxri dəmiryolçu” adı ilə təltif olunub. Bundan başqa, 2007-ci il mayın 10-da, 60 illik yubileyindən 1 gün əvvəl “Şərəf ordeni”nə layiq görülüb.

2005-ci ildə Syomin Rusiya milli komandasının baş məşqçisi təyin olunduğu üçün “Lokomotiv”dən ayrıldı. O, yığmanı DÇ-2006-nın seçmə mərhələsinin son oyunlarına çıxardı. Mundiala vəsiqə qazanılmadığından yığmanı tərk edən mütəxəssis az keçməmiş “Dinamo”nun “sükanı arxasına” keçdi.

2006-cı ildə ciddi problemləri olan Moskva “Dinamo”sunu xilas etmək vəzifəsini üzərinə götürən Syomin bunu bacarmadı. 2007-ci ildə “Lokomotiv”də qayıdan məşqçi bu dəfə klub prezidenti təyin olundu. Baş məşqçisi Anatoli Bışovets olan klub uğursuz mövsümün ardından hər 2 simanı postundan kənarlaşdırdı.

2008-ci ilin yanvarından Kiyev “Dinamo”sunda fəaliyyətə başlayan Syomin 2,5 illik anlaşmasını sonadək işləmədi. İlyarıma Ukrayna çempionatının gümüş və qızıl medalını qazanan komandanı kubokun finalına çıxaran mütəxəssis çempion kimi Ukraynanı tərk etdi. Bu, onun doğma “Lokomotiv”ə baş məşqçi çağırılmağı ilə bağlı idi.

2009-cu ilin yayında yenə “dəmiryolçu” olan çalışdırıcı təxminən 16 aydan sonra istefaya göndərildi. Cəmi 1 ay işsiz qalan Syomin yenidən Kiyevdən təklif aldı. Bu dəfə “Dinamo” onunla 2,5 deyil, 3,5 illik müqavilə imzaladı.

“Dinamo”ya 2-ci təyinatından sonra çempionatda 2 gümüş, ölkə kuboku qazandıran mütəxəssis kubokun da finalınadək irəliləməyi bacardı. Lakin ötən ilin sentyabrında Ukrayna klubu ilə yollarını ayırdı.

apasport.az

Son yazılar

To Top