İdmançımızdan gümüş medal
12.05.2024 , 19:06

Bu gün Serbiyada keçirilən para-taekvondo üzrə Avropa çempionatının sonuncu günündə -80 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Əbülfəz Abuzərli dayanq üzərinə çıxıb.
Korner.az xəbər verir ki, 1/4 finalda türkiyəli Arda Adem Özkulu (23:9), yarımfinalda Böyük Britaniya təmçilsisi Jozef Leyni (12:3) məğlub edən Əbülfəzin finalda rəqibi cənubi koreyalı Jeonq Joo olub.
Finalda məğlub olan (7:15) idmançımız qitə çempionatının gümüş medalını qazanıb.
Qeyd edək ki, para-taekvondoçu ötən il Rotterdamdakı analoji yarışda qitənin ən güclüsü olmuşdu. İdmançımız həmçinin dünya çempionatının finalçısı və üçqat bürünc medalçısıdır.
