Portuqaliyanın paytaxtı Lissabonda
bədii gimnastika üzrə Dünya Kubokunun mərhələsi və beynəlxalq turnir başa
çatıb.
Korner.az-ın məlumatına görə, bu yarışlar vətənə iki bürünc
medal gətirən gimnastımız Marina Durundanın parlaq çıxışları ilə yadda qalıb.
Yığmamızın lideri və Avropa Oyunlarının idman səfiri top və lent ilə
hərəkətlərdə 3-cü olub. Gimnastımız gürzlər və halqa ilə hərəkətlərdə də 4-cü,
çoxnövçülükdə 5-ci yeri tutub.
Digər bürünc medal isə Dünya Kuboku çərçivəsində keçirilən beynəlxalq
turnirində iplə çıxış edən yeniyetmə gimnastımız Jalə Piriyevanın aktivindədi.
Yeniyetmələrdən ibarət qrup hərəkətləri komandasının beş top ilə parlaq
çıxışları da diqqətdən kənarda qalmayıb. Onlar əfsanəvi pop-musiqisinin kralı
Maykl Ceksonun “Smooth Criminal” mahnısının sədaları altında icra olunan və
artıq bədii gimnastika aləmində məşhur çıxışları bütün tamaşaçıları ayağa
qaldırsa da, yekunda 4-cü yerlə kifayətləniblər.
