Portuqaliya klubundan yeni transfer
04.02.2021 , 19:58

“Sportinq” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Lissabon təmsilçisi “Braqa”dan Paulinyonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı fuybolçu ilə 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
Portuqaliya klubu bu keçid üçün qarşı tərəfə 15 milyon avro ödəyib.
