İtaliyanın “Yuventus” klubunun fransalı futbolçusu Pol Poqba komandadan ayrıla bilər.
Korner.az-ın məlumatına görə, 20 yaşlı futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Belə ki, gənc futbolçu ilə “Çelsi” və “Arsenal” klubları yaxından maraqlanır. Buna səbəb, futbolçunun “Qoca sinyora” ilə yeni müqavilə imzalaması olub.
Qeyd edək ki, Poqbanı öz komandasında görmək istəyən klub 45 milyon avrosundan keçməlidi.
