Londonun “Arsenal” klubunun almaniyalı hücumçusu Lukaş Podolski gələcək karyerası haqda açıqlama verib.
Korner.az-ın məlumatına görə, futbolçu “Arsenal”dan ayrılmaq istəmədiyini bildirib:
“Hazırda “Arsenal”ın futbolçusuyam və bu, sabah da dəyişən deyil. Yəni London klubundan ayrılmağı düşünmürəm. Bu komandaya keçidim yaxşı addım oldu. Londonda çox xoşbəxtəm. Əgər zədəm olmasaydı, cari mövsüm daha yaxşı çıxış edərdim. Lakin heç bir futbolçu zədədən sığortalanmayıb”.