big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Podderjka” etsəz, qələbə bizimdi!

29.03.2013 , 04:56

Baxdım. Azərbaycan – Portuqaliya. Oyun bitdikdən sonra anladım ki, bizimkilərin nəsə edəcəyinə ümid yoxdu. Ən azından mən bunu görə bilməyəcəm. İnsan övladının o qədər ömrü olmur. Amma bu acı nəticə ilə barışa bilmədim. Əsil azərbaycanlı kimi, azərbaycalısayaq çıxış yolu aramağa başladım. Bir təklif paketi ərsəyə gəldi. Bölüşürəm, bəlkə kimsə dəstəklədi. Deməli, belə.

“Hörmətli AFFA rəhbərliyi! Gecə-gündüz yatmayaraq, yeməyərək, içməyərək çalışmağınıza, futbolumuzun rifahı üçün can qoymağınıza baxmayaraq, futbolçularımız hələ də rəqib qapısına yol tapa bilmirlər. Sizin səylərinizin hədər getməməsi üçün, FİFA-ya aşağıdakı təkliflərlə müraciət etməyi məqsədəuyğun sayıram:

  1. Azərbaycan millisinin rəsmi ev oyunları 60, səfər oyunları isə 45 dəqiqə davam etsin;
  2. Millimizin üzvlərinin ev oyunlarında rəqibin cərimə meydançasına daxil olması, səfər oyunlarında isə topla mərkəz xətti keçmələri 0,5 qol (yəni 2 möhtəşəm uğur = 1 qol) kimi dəyərləndirilsin;
  3. Komandamızın üzvlərinə ev oyunlarında “qırmızı”, səfər oyunlarında isə “sarı” vərəqə göstərilməsinə embarqo qoyulsun;
  4. Millimizin ev oyunlarında yan xətdən, səfər oyunlarında isə qapı xəttindən çıxan topların hamısını, istisnasız futbolçularımız meydana daxil etsinlər;
  5. Komandamıza ev oyunlarında 5, səfər qarşılaşmalarında isə 10 dəyişiklik etməyə icazə verilsin;
  6. Rəqiblərimizə Bakıdakı matçlarda başla, səfər oyunlarında isə baş və sağ ayaqla zərbə vurmağa qadağa qoyulsun;
  7. Millimizin rəqiblərinə Bakıdakı oyunlarda meydana 1,7 metrdən çox boyu olan futbolçu buraxmağa qadağa qoyulsun.  Səfər görüşlərində bu göstərici 1,6 kimi qəbul edilsin;
  8. Komanda üzvlərimizin hamısına ev oyunlarında öz cərimə meydançasında əl ilə oynamağa icazə verilsin. Səfər qarşılaşmalarında bu qərar meydanın bütün sahələrinə şamil olunsun;
  9. Yığmamızın ev oyunlarında baş hakim, səfər görüşlərində isə bütün briqada  Azərbaycandan olmalıdır;
  10.  Bu tələblər yerinə yetirilməyəcəyi təqdirdə Azərbaycan millisinin rəqibləri olan komandaların üzvlərinin təhlükəsizliyinə AFFA heç bir zəmanət vermir;

Eyni zamanda AFFA-ya aşağıdakı bəndləri həyata keçirməyi təklif edirəm ki, futbolumuz daha da inkişaf etsin:

  1. Assosiasiyanın bütün əməkdaşlarına verilən əməkhaqqı 2 dəfə artırılsın;
  2. AFFA-nın bütün əməkdaşları xidməti avtomobillə təmin edilsin, rəhbərlik isə şəxsi təyyarələrlə;
  3. Millinin hər nailiyyətinə görə (FİFA-ya göndərilən tələblərdə bu barədə yazılıb) AFFA əməkdaşlarına 2-3 min manat arası mükafat verilsin;
  4. Berti Foqtsla ömürlük müqavilə imzalansın;
  5. Federasiyanın son 5 ildəki fəaliyyəti bütün orta məktəb dərsliklərində əksini tapsın. Bu barədə Təhsil Nazirliyinə müvafiq müraciət hazırlansın”.

Belə. Məncə, tərifləmək olmasın, pis təkliflər deyil. Hər halda, cəhd etməyə dəyər. Mən real variant təklif edirəm. Daha “qol vuracağıq, qələbə qazanacağıq” nağılları yox. Hə, nə deyirsiniz, ay camaat?

Bir “podderjka” edin də!

Son yazılar

To Top