Petit Mbappeyə yol göstərdi: PSJ-ni tərk et!
01.05.2023 , 10:50

1998-ci ildə Fransa millisinin heyətində dünya çempionu olmuş Emmanuel Petit PSJ-nin hücumçusu Kilian Mbappeni dünyanın ən yaxşı futbolçusu olmaq və Çempionlar Liqasını qazanmaq üçün Paris klubunu tərk etməyə çağırıb.
Korner.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi forvardın hələ də “Real”a keçmək variantının olduğunu deyib.
“Əgər Mbappe Çempionlar Liqasını qazanmaq, dünyanın ən yaxşı oyunçusu olmaq və “Qızıl top”u qazanmaq istəyirsə, PSJ-dən getməlidir. İnanıram ki, “Real”ın qapısı onun üçün hələ də açıqdır, amma bəlkə də iki il əvvəlki qədər geniş deyil”, – deyə Petit bildirib.
Mbappe keçən il Madridə köçə bilərdi, lakin o, PSJ ilə müqaviləsini uzatmağa qərar verdi.
