“İnter”in Lukaku narahatlığı
01.05.2023 , 10:52
“İnter” futbolçusu Romeo Lukakunun çıxışından razı deyil.
Korner.az-ın məlumatına görə, belçikalı forvardın çıxışı Milan klubunun məşqçilər korpusunu qane etmir. Bu səbəbdən də təcrübəli forvarda özünü toparlaması xəbərdarlığı edilib. Əgər Lukaku əvvəlki formasını bərpa edə bilməsə, o zaman o yenidən klubdan göndərilə bilər.
Qeyd edək ki, Lukaku ötən mövsüm “Çelsi”yə transfer olunmuş, ancaq orada da özünü doğrulda bilməmişdi.
