“Neftçi”nin futbolçusu “Trabzonspor”a keçir
01.05.2023 , 11:00

“Neftçi”nin qapıçısı İvan Brkiç “Trabzonspor”a keçə bilər.
Korner.az xəbər verir ki, “ağ-qaralar”ın qolkiperi mövsümün sonunda komandadan ayrılacaq olan Uğurcan Çakırı əvəzləyəcək.
27 yaşlı xorvatiyalı qolkiperə yeni müqavilə təklif olunacağı gözlənilir.
İvan Brkiçin “Neftçi” ilə hazırkı müqaviləsinin müddəti mövsümün sonuna qədərdir.
Mina Musayeva
