Paytaxt klubundan növbəti transfer həmləsi: biri braziliyalı, digəri argentinalı (ÖZƏL)
23.06.2022 , 12:03
Transfer çalışmalarında fəallıq göstərən “Səbail” heyətini iki legionerlə gücləndirir.
Korner.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu bir argentinalı yarımmüdafəçi və bir braziliyalı müdafiəçi transfer edir. Sözügedən futbolçular yaxın zamanda komandaya qoşulacaq.
Onlarla 1 illik müqavilə nəzərdə tutulub.
Qeyd edək ki, “Səbail” buna kimi Ağabala Ramazanov, Vüsal Qənbərov, Vüqar Həsənov, Zakpa Qoba, Luvaqa Kizito və Emin Zamanovu heyətinə qatıb.