Avropa Liqasının pley-off mərhələsində “Neftçi” ilə qarşılaşacaq Serbiya “Partizan”ı daha bir problemlə üzləşib.
Korner.az-ın məlumatına görə, Belqrad təmsilçisinin daha bir üzünü itirib.
Belə ki, Vladimir Volkov “Radniçki” ilə çempionat oyununun 1-ci hissəsində zədələndiyi üçün əvəzlənib. 28 yaşlı müdafiəçinin “Neftçi” ilə matçda meydana çıxıb-çıxmayacağı sual altındadır. Buna futbolçunun müayinəsindən sonra aydınlıq gələcək.
Qeyd edək ki, Andrey Jivkoviç və Daniel Pantiç də zədəyə görə komandaya kömək edə bilmir.
