XV Yay Paralimpiya Oyunlarının atletika yarışlarında Azərbaycanı təmsil edən Yelena Çebanu ölkəmizə 6-cı medalı qazandırıb.
Korner.az-ın məlumatına görə, atletimiz 200 metr məsafəyə qaçış yarışlarının final mərhələsində rəqibləri – almaniyalı Katrin Muller-Rotqard, Kuba təmsilçisi Omara Durand və ukraynalı Oksana Boturçukaya qarşı yarışıb.
Məsafəni 23,80 saniyəyə qət edən idmançımız XV Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib olub.
