“Ön xətdə oyun ürəyimcə deyildi” – Tərlan Əhmədov
06.10.2019 , 00:04
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun Azərbaycan Premyer Liqasının VII turunda “Sumqayıt”la 0:0 hesablı heç-heçədən sonra fikirlərini bildirib.
Korner.az xəbər verir ki, baş məşqçi görüşü belə şərh edib:
“Zirə” ilə oyundan fərqli olaraq, bu oyunda ilk hissədə bir az arxayınlıq vardı. İkinci hissədə hər iki komanda baxımlı oyun sərgilədi. Bərabərlik ədalətli nəticə oldu. Komandamın mübarizəsindən razı qaldım. Bizim vaxtımız az idi. Hazırlıq üçün 4 günümüz olmuşdu. Buna baxmayaraq, komandam normal çıxış etdi. Ön xətdə oyun çox da ürəyimcə deyildi. Sezarın yüngül zədəsinin olması bizə irəliyə çıxmaqda mane olurdu”.