Futbol tarixində görülməmiş hadisə baş verib.
Korner.az-ın məlumatına görə, Boliviya Prezidenti Evo Morales Birinci Divizion klubu “Sport Boys Varnes”lə 1 illik müqavilə imzalayıb.
Klub başqanı Mario Kronenbolda deyib ki, ölkə başçısı hər oyunda 20 dəqiqə oynamaq iqtidarındadı. Yarımmüdafiəçi mövqeyində oynayacaq Moralesin aylıq maaşı 214 dollar təşkil edəcək.