Nuriyev ayın ən yaxşısı seçildi
12.03.2021 , 19:51
Ukraynanın “Minay” klubunda fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu ada komandanın azərbaycanlı hücumçusu Anatoli Nuriyev layiq görülüb.
Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu klubun rəsmi teleqram kanalında azarkeşlər arasındakı səsvermədə birinci yeri tutub.
Qryd edək ki, Anatoli Nuriyev Azərbaycan millisinə namizəddir.