Nikolas Kanales klubunu dəyişib.
Korner.az-ın məlumatına görə, Çilinin “Kolo-Kolo” klubu “Neftçi”nin sabiq forvardını “Santiaqo Vanderers”ə icarəyə verib.
Qeyd edək ki, yayda “Kolo-Kolo”ya keçən Kanales 8 oyunda 3 qol vurub. Forvard “Neftçi”də 48 oyun keçirmiş və 30 qol vurmuşdu.