Kroos karyerasını bitirir
21.05.2024 , 15:50

“Real”ın futbolçusu Toni Kroos karyerasını bitirir.
Korner.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Ulduz oyunçu Avro-2024-dən sonra futbolla sağollaşacaq.
Futbolçu 2014-cü ildən “Real”da çıxış edir.
