“Porto” “Barselona”dan futbolçu transfer edir
21.05.2024 , 10:00

Portuqaliyanın “Porto” klubu heyətini yeni hücumçu ilə gücləndirə bilər.
Korner.az-ın məlumatına görə, komanda “Barselona”nın gənc futbolçusu Viktor Roki ilə yaxından maraqlanır.
“Porto” 19 yaşlı futbolçunun mümkün transferi ilə bağlı Kataloniya klubu ilə danışıqlara başlamaq niyyətindədi. Danışıqlar müsbət yekunlaşsa, Rokini yayda “Porto”da görə bilərik.
