“Everton” “Qalatasaray”ın futbolçusuna “elçi” düşdü
21.05.2024 , 23:49

“Qalatasaray”ın futbolçusu Davinson Sançesə Premyer Liqadan talib çıxıb.
Korner.az xəbər verir ki, oyunçu “Everton”un transfer hədəfinə düşüb.
Sançeslə bundan başqa “Vest Hem” və “Fulhem” klublarının da maraqlandığı bildirilir.
“Qalatasaray”ın yay transfer pəncərəsində “Tottenhem”dən heyətinə qatdığı Davinson Sançesin Türkiyə klubu ilə 2027-ci ilə qədər müqaviləsi var.
Hazırda bazar dəyəri 17 milyon avro olan Davinson Sançes “Qalatasaray”ın heyətində 31 matçda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.
