“Beşiktaş”da yeni transfer üçün son saatlar
21.05.2024 , 11:56

“Haydenhaym”ın 25 yaşlı sol cinah yarımmüdafiəçisi Yan-Niklas Beste “Beşiktaş”ın transfer gündəminə gəlib.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, futbolçunun menecerinin ötən gün transferlə bağlı danışıqlar aparmaq üçün İstanbula gəldiyi bildirilir.
Bu gün tərəflər arasında görüşün baş tutacağı gözlənilir.
Cari mövsüm “Haydenhaym”da 32 matçda iştirak edən Beste 8 qol vurub, 14 məhsuldar ötürmə edib.
