Ölkəmizi Avropa Liqasında təmsil edən "Neftçi"nin qrup mərhələsindəki rəqibi olan “Partizan” da daxil olmaqla Serbiya klubları və bütün yaş qrupları üzrə milli komandaları UEFA və FİFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılmaq təhlükəsi ilə üzləşib.
Korner.az-ın məlumatına görə, buna səbəb bir neçə gün öncə keçirilən Serbiya və İngiltərənin U-21 milli komandaları arasındakı matçda yaranmış qalmaqal səbəb olub.
Artıq məsələylə bağlı FİFA ciddi ölçülər götürəcək. Qitənin futbol qurumu hər iki ölkənin futbol federasiyasına məsələ ilə əlaqədar 2012-ci ilin noyabrın 22-nə qədər hesabat hazırlamağı tələb edib. Bundan sonra baş verən hadisələrlə əlaqədar yekun qərar veriləcək.
QrumunSerbiya Futbol Federasiyasına ağır cəza verəcəyi istisna olunmur. Bu halda Serbiya klubları və milli komandaları beynəlxalq yarışlardan kənarlaşdırılacaq.