“Rubin”in və İsrail yığmasının yarımmüdafiəçisi Bibras Natxo Kazan klubu ilə birlikdə milli komandanın yaşadığı məğlubiyyətdən sonra onun “adını təmizə çıxarmaq” istədiyini bildirib.
Korner.az xəbər verir ki, B.Natxo millinin son oyunun təəsüf hissi doğurduğunu bildirib.
“Komanda olaraq qarşımızda müəyyən məqsədlər var və biz ona nail olmağa çalışacağıq. “Rubin”in məqsədi Avropa Liqasında uğurlu çıxış etməkdir. Biz mümkün qədər irəliləməyə və “Rubin”ə məxsus keyfiyyətli futbol nümayiş etdirməyə çalışacağıq. Millinin son matçı dərin təəssüf hissi doğurur. Ümid edirəm ki, Rusiya Çempionatının və Avropa Liqasının oyunlarında daha müsbət emosiyaya köklənəcəyik", deyə B.Natxo bildirib.
