İspaniya millisinin və "Barselona"nın ulduz futbolçusu Andres İnyesta sıradan çıxıb. Korner.az-ın məlumatına görə, yarımmüdafoəçi 15 gün yaşıl meydanlardan kənar qalacaq. Katalonların futbolçusu İspaniya seçməsinin Gürcüstanla sentyabrın 11-də keçirdiyi 2014-cü il dünya çempionatının seçmə qrup matçında zədələnib.
Qeyd edək ki, “Barselona”nın yeni transferi Xordi Alba da yığmanın düşərgəsindən zədəli qayıdıb. 23 yaşlı müdafiəçi “Xetafe” ilə oyunu buraxacaq.
