Azərbaycan I Divizionunun hazırkı lideri “Araz-Naxçıvan” “Neftçi”nin qapıçısı Emil Balayevi rənglərinə bağlayıb.
Korner.az-a Muxtar Respublika klubundan verilən məlumata görə, dünən baş tutan danışıqlardan sonra Emil Naxçıvan təmsilçisinin şərəfini qorumağa razılıq verib.
1,87 metr boya sahib olan 19 yaşlı Balayev “Neftçi” klubunun yetirməsidir.
2011-2012-ci illərdə icarə əsasında “Sumqayıt”ın şərəfini qoruyub. 21 yaşlılardan ibarət Azərbaycan yığmasının üzvü olan gənc qolkiper 4 dəfə millidə “çərçivə” qorumaq şansı qazanıb.