“Neftçi”də islahat dalğası – Ayrılıq mesajını aldılar (ÖZƏL)
31.05.2024 , 15:04

“Neftçi” ciddi dəyişikliklərin astanasındadır.
Korner.az-a daxil olan məlumata görə, klubda rəhbər dəyişikliyi ilə növbəti dəfə ciddi islahatlar aparılacaq. Belə ki, yeni mövsümdən “Neftçi”də aşağı yaş qrupları ilə bağlı mühüm addımlar atılması planlanır.
Artıq mövcud məşqçilərə özlərinə yeni iş axtarılması deyilib. Klub aşağı yaş qruplarında çalışan mütəxəssislərin işindən razı deyil.
Onların bir çoxu ilə yollar ayrılacaq. Yeni mövsümdən əsas komanda ilə yanaşı, “altyapı”da da ciddi dəyişikliklər gözlənilir.
