Ölkə kubokunun finalına vəsiqə qazanan “Neftçi” mövsümü titulla başa vurmaq istəyir.
Korner.az-ın məlumatına görə, paytaxt təmsilçisi Premyer Liqanın son turunun oyununa eksperimental heyətlə çıxacaq.
Belə ki, yalnız Mahir Şükürovu Zaqatalaya aparacaq “ağ-qaralar” “Simurq”la səfər qarşılaşmasında 9 əsas heyət üzvünün xidmətindən faydalanmayacaq. Təcrübəli Mahirin xidmətinə ehtiyac duyulması da səbəbsiz deyil. Şükürov cəza səbəbindən Azərbaycan Kubokunun finalını buraxacaq.
