Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” klubu bu gün növbəti yoxlama oyununu keçirib.
Korner.az-ın məlumatına görə, “ağ-qaralar” Ukraynanın “Volın” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma “flaqman”ın 4:3 hesablı qələbəsi ilə bitib. “Neftçi”nin qollarını Denis Silva, Karlos Kardoso, Ruslan Qurbanov və Ernest Nfor vurub.
Qeyd edək ki, bunadək “ağ-qaralar”lar Səudiyyə Ərəbistanının “Hajer” klubunu məğlub etmiş (3:1), Türkiyənin “Ərciyəsspor” klubu ilə qolsuz heç-heçə etmiş və “Elazığspor”a uduzmuşdu – 0:1.
21 yanvar
“Neftçi” (Azərbaycan) – “Volın” (Ukrayna) – 4:3
