Topaz Premyer Liqasının 3-cü turuna şənbə günü keçiriləcək “Neftçi” – “Simurq” oyunu ilə start veriləcək.
Korner.az-ın PFL-ə istinadən verdiyi məlumata görə, komandaların arasındakı oyunların balansına nəzər saldıqda qonaqların son 8 oyunda qələbə qazana bilmədiklərini görmək olar.
Buna qədər keçirilmiş 16 qarşılaşmadan yalnız birində qələbə qazanan Zaqatala təmsilçisi 4 dəfə rəqibi ilə heç-heçə edib. Qeyd edək ki, “Simurq”un “Neftçi” üzərindəki yeganə qələbəsi məhz Bakıda keçirilən oyuna təsadüf edir.
III tur
17 avqust (şənbə)
11. “Neftçi” (Bakı) – “Simurq” (Zaqatala)
+11=4-1, top fərqi 25-7
03.11.2006
Neftçi (Bakı) – Simurq (Zaqatala) – 1:0
03.05.2007
Simurq (Zaqatala) – Neftçi (Bakı) – 0:1
28.10.2007
Neftçi (Bakı) – Simurq (Zaqatala) – 2:1
19.04.2008
Simurq (Zaqatala) – Neftçi (Bakı) – 0:0
30.08.2008
Neftçi (Bakı) – Simurq (Zaqatala) – 0:0
08.03.2009
Simurq (Zaqatala) – Neftçi (Bakı) – 0:2
27.09.2009
Neftçi (Bakı) – Simurq (Zaqatala) – 0:1
26.12.2009
Simurq (Zaqatala) – Neftçi (Bakı) – 0:0
21.08.2010
Neftçi (Bakı) – Simurq (Zaqatala) – 4:0
19.02.2011
Simurq (Zaqatala) – Neftçi (Bakı) – 0:3
30.09.2011
Simurq (Zaqatala) – Neftçi (Bakı) – 1:2
04.12.2011
Neftçi (Bakı) – Simurq (Zaqatala) – 4:2
31.10.2012
Neftçi (Bakı) – Simurq (Zaqatala) – 2:1
17.02.2013
Simurq (Zaqatala) – Neftçi (Bakı) – 0:2
13.04.2013
Simurq (Zaqatala) – Neftçi (Bakı) – 0:1
09.05.2013
Neftçi (Bakı) – Simurq (Zaqatala) – 1:1
Hər iki komanda cari mövsümə uğurla başlayıb. Son çempion “Neftçi” ilk turda qələbə qazanaraq “Qarabağ” və “Qəbələ” ilə zirvəni paylaşır. İki turda rəqib qapısından 6 qol keçirən paytaxt komandasının qollarının yarısını özbəkistanlı hücumçu Bahodir Nasimov vurub. Rəqibi kimi cari mövsümdə məğlub olmayan “Simurq” isə həm də qapısından qol buraxmayan yeganə komandadır.