Ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilmiş "Neftçi" – "Qarabağ" matçından sonra oyunun keçirildiyi "Bakcell Arena"nın ətrafında "ağ-qaralı" azarkeşlərlə polis arasında kütləvi qarşıdurma olub.
Korner.az-ın əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, "flaqman"ın bir neçə fanatı polis tərəfindən saxlanılıb.
