big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Avropa liqası

“Neftçi” ilə “Qarabağ”ın dəllal savaşı – AÇIQLAMA

20.08.2014 , 04:58

Bu mövsüm klublarımızın əvvəlki illərlə müqayisədə avrokuboklarda daha uğurlu çıxış etməsi  bizi hər nə qədər sevindirsə də, bu,  bəzi xoşagəlməz halların yaranmasına da təkan verdi.  Bunlardan biri, bəlkə də, birincisi – “qara bazar”da dəllalların “qaz vurub qazan doldurmasıdır”.  

İnsanların futbol sevgisindən və ölkəmizə gələn klubların ad-sanından  istifadə edən bu adamlar biletleri stadion kassalarından ucuz qiymətə alır, daha sonra isə bilet əldə etməyi çatdıra bilməyən insanlara birə-beş qiymətinə satırlar. Bu hal xüsusilə, Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Zalsburq” matçından əvvəl kritik həddə çatmışdı. Qarşıda isə bizi daha məsul matçlar – Avroliqanın pley-off mərhələsinin görüşləri gözləyir. Azarkeşlərin bu mərhələdə həm “Neftçi”, həm də “Qarabağ”a böyük maraq göstərəcəyini nəzərə alsaq,  bu cür neqativ halların qarşısını almaq üçün klubların ikiqat çalışacağını güman etmək olar. Bununla bağlı hər iki klubun  məsələyə münasibətini öyrənmək istədik.

İlk olaraq “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəni arayıb, məsələnin nə  yerdə olduğunu soruşduq. Sitat: “Bu haqda düşünmək üçün hələ tezdir. Hələ “Partizan”la cavab matçının biletləri satışa çıxarılmayıb. Hal-hazırda isə biz Belqraddayıq. Gələn həftə bunula bağlı açıqlama vermək daha düzgün olar”.
“Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun isə məsələ ilə bağlı fikirləri belə oldu: “Klubumuzun rəsmi saytında informasiya yayınlanmışdı ki, bununla bağlı Nərimanov rayon Polis İdarəsinə müraciət etmişik. Həmçinin, “qara bazar”dakı neqativ halların qarşısını almaq üçün, respublika stadionunun qarşısında müntəzəm olaraq reydlər keçiririk. Bir nəfərə 4-dən çox bilet satılmaması nəzərdə tutulub. Bu mövzda azarkeşlər də həssas davranmalıdır. Onlardan biletləri yalnız respublika stadionunun qarşısında bilet satışı üçün ayılmış kassalardan almasını xahiş edirik”.

Fürsətdən istifadə edib, Nurlan bəyə stadinun ot örtüyünün vəziyyəti ilə bağlı sual ünvanladıq.Məhz bu amilə görə, “köhlən atlar”ın Topaz Premyer Liqasının ikinci turundakı “İnter”lə qarşılaşması İsmət Qayıbov adına stadionda keçirilmişdi. Üstəlik, klubun “Tvente” ilə matçı öncəsi respublika stadionundakı bütün məşqlər də təxirə salınıb. Hər halda ötən il “Ayntraxt”la görüşdə stadionun ot örtüyünün bərbad vəziyyətdə olmasının klubumuza necə çətinliklər törətdiyi yaddan çıxmayıb: “Hal-hazırda ot örtüyünü mümkün yüklənmələrdən qorumaqdan ötəri çalışmalar gedir. Əlimizdən gələni edirik ki, “Tvente” ilə matça ot örrtüyünü ideal vəziyyətdə təhvil verək. Hələlik, bu yöndə ciddi problem yaşanmır”.

Ürfan Məmmədzadə

Son yazılar

To Top