Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi” bu gün təlim-məşq toplanışı keçmək məqsədilə Avstriyaya yola düşür.
Korner.az-ın məlumatına görə, paytaxt klubu səhər saatlarında Bakı-İstanbul-Münhen reysi ilə Avstriyaya gedəcək. Böyükağa Hacıyevin yetirmələri bu gün axşam saatlarında sözügedən ölkədə ilk məşqinə çıxacaq.Qeyd edək ki, Böyükağa Hacıyevin komandası Avstriyada 4-5 yoxlama oyunu keçirəcək. “Neftçi”nin “Slavia” (Çexiya) və “Vaslui” (Rumıniya) klublarından sonra daha iki rəqibi bəlli olub. “Ağ-qaralar” Avstriyadakı ilk görüşündə Rusiya Premyer Liqa təmsilçisi “Volqa” klubu ilə qarşılaşacaq. Bu oyun iyunun 27-nə nəzərdə tutulub. “Volqa”nın ardından isə “Neftçi” digər Premyer Liqa təmsilçisi “Rubin”lə üz-üzə gəlməsi gözlənilir.