“Neftçi-2” də hazırlığa başladı
13.01.2022 , 11:03
“Neftçi-2” qış təlim-məşq toplanışına start verib.
Korner.az xəbər verir ki, I Divizionun son çempionu klubun inzibati binasının yerləşdiyi bazada məşqə çıxıb.
Hazırlıq prosesində əsasən fiziki təmrinlər yerinə yetirilib.
Yanvarın 22-dək davam edəcək toplanış prosesində bir neçə yoxlama oyunu nəzərdə tutulub.